Avropa Liqasında “Qalatasaray”ın rəqibi “Barselona” oldu

  • By admin
  • 25 Fevral 2022 15:36

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Gununsesi.info-nun məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə “Qalatasaray”ının da rəqibi müəyyənləşib.

İstanbul təmsilçisi bu raundda İspaniyanın “Barselona” klubu ilə qarşılaşacaq. “Sarı-qırmızılar” cavab görüşünü evdə keçirəcək.

Avropa Liqası

1/8 final mərhələsi

“Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya)

“Braqa” (Portuqaliya) – “Monako” (Fransa)

“Portu” (Portuqaliya) – “Lion” (Fransa)

“Atalanta” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya)

“Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə)

“Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə)

“Leyptsiq” (Almaniya) – “Spartak” (Moskva, Rusiya)

“Betis” (İspaniya) – “Ayntraxt” (Frankfurt, Almaniya)

Qeyd edək ki, ilk matçlar martın 10-da, cavab görüşləri martın 17-də olacaq.

Gununsesi.info