İsveçrədə keçirilən hərracda 339 qramlıq nadir sikkə 3,49 milyon dollara satılaraq Avropada indiyə qədər satılan ən bahalı moneta statusunu qazanıb.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
Hərrac təşkilatçıları bildiriblər ki, sikkəyə kolleksionerlərin marağı yüksək olub. Nadirlik dərəcəsi və mükəmməl qorunma vəziyyəti isə rekord qiymətin əsas səbəbləri kimi göstərilir.
Beləliklə, numizmatika dünyasında daha bir rekord rəsmiləşib.
Şəbnəm










