Avroparlament Azərbaycanın Ermənistanın işğalına məruz qaldığını etiraf edir, amma…

  • By admin
  • 16 Mart 2023 10:37

Avropa Parlamentinin dünən Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə Azərbaycan Ermənistan münaqişəsinə də toxunulub.

Gununsesi.info-nun məlumatına görə, sənəddə qeyd olunur ki, Ermənistanla Azərbaycan arasında müharibə beynəlxalq səviyyədə Azərbaycanın suveren ərazisinə mənsub olan ərazilərin işğalı, on minlərlə insan itkisi, böyük dağıntılar, o cümlədən mədəni və dini obyektlərin məhv edilməsi və yüz minlərlə insanın didərgin düşməsi ilə nəticələnib.

Sənəddə daha sonra deyilir:

Azərbaycan və Ermənistan arasında ölümcül hərbi qarşıdurmalar vaxtaşırı alovlanmağa davam edir.

Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük müharibədən sonra tətbiq edilən 9 noyabr 2020-ci il tarixli atəşkəs bəyanatını tam yerinə yetirilməyib. Üstəlik, yüzlərlə insan itkisi ilə nəticələnən atəşkəs rejiminin bir neçə dəfə pozulub. Bunun nəticəsində  Azərbaycanın şərqində və cənub-şərqində Ermənistanın suveren ərazilərinin Azərbaycan qoşunları tərəfindən işğal edilib”.

Qətnamədə, həmçinin,  2022-ci ilin dekabr ayından Ermənistan və Dağlıq Qarabağ arasında Laçın dəhlizi ilə mülki nəqliyyatın hərəkəti dayandırılmasından da bəhs olunur:

“Bu, regiona ərzaq və digər zəruri ləvazimatların çatdırılmasına mənfi təsir göstərir”. 

Sənəddə daha sonra sülhə çağırış əks olunub.

Ermənistan və Azərbaycan arasında münasibətlərin davamlı şəkildə normallaşdırılması və davamlı və ədalətli sülhün təməli bütün zorakılıqların dayandırılmasını, münaqişənin bütün əsas səbəblərinin aradan qaldırılmasını və iki tərəf arasında əldə edilmiş razılaşmaların tam şəkildə yerinə yetirilməsini tələb edlir. Vurğulanır ki, hər iki ölkənin inkişafını təmin etmək üçün  yalnız Ermənistan və Azərbaycanın hakimiyyət orqanları dinc yanaşı yaşama, təhlükəsizlik və azlıqların hüquqlarına hörmət təminat verdikdə nail olmaq olar.

 

Tərcümə: 

Pərviz Həşimli