“Avroviziya” qalibi axtarışa verildi – FOTO

  • By admin
  • 21 Noyabr 2023 08:37

Rusiyanın Daxili İşlər Nazirliyi Ukraynanı 2016-cı ildə “Avroviziya”da təmsil edən və qalib olan Camalanı axtarışa verib.

Gununsesi.info axşam.az-a istinadən bildirir ki, məlumatda sənətçinin 2023-cü ilin oktyabrından axtarışda olduğu qeyd olunub.

Məlumat bazasında axtarışın hansı maddə əsasında aparıldığı göstərilməyib.

Hüquq-mühafizə orqanlarından TASS-a bildirilib ki, səbəb Rusiya ordusu haqqında saxta xəbərlərin yayılması işi ilə bağlı ola bilər.

Gununsesi.info