Azərbaycan millisinin üzvləri III MDB Oyunlarına hazırlaşan voleybolçularla görüşüblər

  • By Admin08
  • 11 Sentyabr 2025 10:06

Qadınlardan ibarət Azərbaycan millisinin üzvləri III MDB Oyunlarına hazırlaşan 15 yaşadək qızlardan ibarət yığma ilə görüş keçiriblər.  

Bu barədə Gununsesi.info-ya Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.

AVF-nin idman zalında baş tutan görüşdə təcrübəli voleybolçular gənc idmançılarla səmimi söhbət edərək öz təcrübələrini bölüşüblər və onlara qarşıdakı yarışlarda uğurlar arzulayıblar.

Gununsesi.info