Azərbaycan millisinin üzvü Almaniya Bundesliqasında oynayacaq

  • By admin
  • 09 Sentyabr 2022 14:27

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Fərid Atakişiyev Almaniya Bundesliqasında oynayacaq.

Gununsesi.info xəbər verir ki, futbolçu “Ştuttqart”la rəsmi bir illik müqavilə imzalayıb.

Bir müddət əvvəl Almaniya klubuna Çempionlar Liqasının oyunlarında kömək olmaq üçün qısamüddətli müqavilə imzalamış Atakişiyevə klub rəhbərliyi yeni müqavilə təklifi edilib.

Ötən mövsüm Bundesliqa çempionu olmuş “Ştutqart”ın 1 illik müqavilə təklifilə razılaşan Fərid viza məsələlərini həll etdikdən sonra Almaniyaya qayıdacaq.

Gununsesi.info