Azərbaycan Ordusunda ağacəkmə aksiyaları keçirilib - FOTOLAR

  • By admin
  • 16 Mart 2023 10:49

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Azərbaycan Ordusunda keçiriləcək tədbirlər planına əsasən, həyata keçirilən fəaliyyətlər davam etdirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin idarə və hərbi hissələrində ağacəkmə aksiyaları keçirilib.

Təbiətin qorunmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və ictimaiyyətin diqqətini yaşıllaşdırma işinin vacibliyinə yönəltmək məqsədilə keçirilən aksiyalarda müxtəlif növ ağaclar əkilib.