Azərbaycan parataekvondoçusu Avropa çempionatında qızıl medal qazanıb

  • Müəllif: ilhame
  • 11 May 2024 19:23

Serbiyada keçirilən parataekvondo üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi İmaməddin Xəlilov 70 kq çəki dərəcəsində qızıl medal qazanıb.

 

Gununsesi.info xəbər verir ki, o, finalda türkiyəli rəqibini məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qeyd edək ki, parataekvondoçu ötən il Rotterdamdakı analoji yarışda da qitənin ən güclüsü olmuşdu.

Gununsesi.info