Azərbaycan uşaqlara görə alimentin tutulması Konvensiyasına qeyd-şərtlə qoşulur

  • By admin
  • 22 Sentyabr 2022 19:31

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Gununsesi.info xəbər verir ki, qanun layihəsini komitənin sədri Əli Hüseynli təqdim edib. O, bildirib ki, konvensiya uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası üzrə dövlətlər arasında əməkdaşlığın təkmilləşdirilməsini nəzərdə tutur və bu konvensiyaya da Azərbaycan Ermənistana münasibətdə məlum qeyd-şərtlə qoşulur.

Gununsesi.info