Azərbaycanda “Beynəlxalq Təhsil Qrant”ı elan edildi

  • By Mina
  • 19 Aprel 2024 13:01

Azərbaycan Xarici İşlər Nazirliyi Elm və Təhsil Nazirliyi ilə birgə 2024-2025-ci tədris ili üçün “Heydər Əliyev – Beynəlxalq Təhsil Qrant Proqramı” elan edib.

Gununsesi.info xəbər verir ki, “Beynəlxalq Təhsil Qrant Proqramı”na ədsasən, Azərbaycan hökuməti tərəfindən ali təhsil təqaüdü illik əsaslarla 5 il müddətinə təklif olunur.

Ətraflı məlumat əldə etmək üçün bura daxil olun – //shorturl.at/nrMRS

Maraqlanan namizədlər müraciətlərini müvafiq dövlət orqanlarına (Nazirliklər, səfirliklər və s. ) ərizəçinin doğma ölkəsinin 20 may 2024-cü il tarixindən gec olmayaraq təqdim etməlidir.

Gununsesi.info