Baş prokuror Ağdaşda qəbul keçirəcək

  • By Mina
  • 19 Aprel 2024 12:58

Baş prokuror Kamran Əliyev aprelin 26-sı saat 10:00-da Ağdaş Rayon Prokurorluğunun inzibati binasında Ağdaş, Yevlax, Ucar və Zərdab rayon sakinlərinin qəbulunu keçirəcək.

Gununsesi.info xəbər verir ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağdaş rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07nömrəli telefonu, contact@prosecutor.gov.azelektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Gununsesi.info