Azərbaycanda vəkillərin sayı açıqlandı

  • By admin
  • 14 Aprel 2021 22:27

Azərbaycanda vəkillərin sayı açıqlanıb.

Vəkillər Kollegiyasından Gununsesi.info-ya bildirilib ki, Kollegiya üzvlərinin sayı 1 931 nəfərə çatıb.

Qeyd edək ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən və icbari təlimi başa vuran namizədlərin andiçmə mərasimi keçirilib, vəkilliyə namizədlər and içiblər.

Gununsesi.info