Azərbaycan nefti ucuzlaşdı

  • By Mina
  • 09 Aprel 2024 09:51

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiymət 1 dollardan çox ucuzlaşıb.

 

Gununsesi.info xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,39 ABŞ dolları, yaxud 1,47 % azalaraq 93,33 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Gununsesi.info