Bəxtiyar Hacıyevin durumu ağırdır - VƏKİL HƏBSDƏKİ FƏALLA GÖRÜŞÜB

  • By admin
  • 26 Dekabr 2022 21:30

Bu gün vəkil Şəhla Hümbətova həbsdəki siyasi fəal Bəxtiyar Hacıyevlə görüşüb.

Bu barədə Gununsesi.info-ya danışan vəkil bildirib ki, aclıq Hacıyevin səhhətində ciddi problemlərə səbəb olub:
“Zəifləyib, yeriyəndə başı hərlənir. Çəkisi 78 kiloqrama düşüb. Təzyiqi 90/60-dır. Saxlanma şəraitindən şikayəti yoxdur.

Aclığı dandırması ilə bağlı dostlarının xahişini çatdırdım, qəti şəkildə imtina etdi və dedi ki, əksinə, qanunsuzluğa və ədalətsizliyə son qoyulmursa, quru aclığa başlamağı düşünür”.

Vəkil onu da bildirib ki, Hacıyev Tofiq Yaqublunun həbsinə görə də çox narahat olub.

Gununsesi.info