Babacanın yaxın adamı istefa verdi

Türkiyədə DEVA Partiyasının sədr müavini İkram Dinçer vəzifəsindən istefa verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İ.Dinçər istefa qərarının səbəbini Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turundan sonra açıqlayacağını bildirib.

Bununla yanaşı, Dinçərin Tvitter profilinə “23-cü dönəm AKP millət vəkili” ifadəsini əlavə etməsi də diqqət çəkib.

Qeyd edək ki, DEVA Partiyasının sədri Əli Babacandır.

 

Gununsesi.info