Bakıda dustaq məhkəmədən qaçdı

  • By admin
  • 26 İyul 2021 11:56

Bakıda dustaq məhkəmədən qaçıb.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitəsinin daşınmasına görə saxlanılan şəxs bir gün sonra qaçıb.

1976-cı il təvəllüdlü Tərlan Həsənov barəsində verilən sanksiyaya baxılması üçün iyulun 21-də Suraxanı rayon Məhkəməsinə gətirilib.

Prosesdən öncə məhkəmə zalında polislərin başının qarışmasından və onun nəzarətsiz qalmasından istifadə edərək oradan qaçıb.