Bakıda eyni vaxtda 3 avtomobil YANDI

  • Müəllif: admin
  • 09 Avqust 2021 09:48

Bakıda baş vermiş yanğın zamanı 3 avtomobilə ziyan dəyib.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Binəqədi rayonunda “Ford” markalı (qəzalı) yük avtomobilinin yanar hissələri yanıb, yüksək temperaturdan “Mercedes” markalı yük avtomobilinin 1 qapısı, üstündə olan soyuducusu qismən və “Jeep” markalı minik avtobilinin 1 ədəd arxa fənəri və buferi əriyib. Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info