Bakıda piyadanı avtomobil vurub öldürdü

  • By admin
  • 08 Aprel 2021 22:51

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Koroğlu metro stansiyasının yaxınlığında orta yaşlı kişi yolu keçmək istəyərkən avtomobil onu vurub. Piyada hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info