Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb - FOTOLAR

  • By admin
  • 21 Aprel 2023 09:12

Bakıda Ramazan bayramı münasibətilə namaz qılınıb.

Gununsesi.info xəbər verir ki, Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınıb.

Qeyd edək ki, Təzəpir məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.

Bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 22-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir.