Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

  • By ilhame
  • 17 Aprel 2024 19:34

Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub.

 

Gununsesi.info xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçirilən matçda “NTD-İndiqo” və “Xəzri” kollektivləri qarşılaşıblar.

 

Rəqibinə 78:73 (31:14, 15:24, 13:17, 19:18) hesabı ilə qalib gələn “Xəzri” ölkə kubokunun həlledici oyununa vəsiqə qazanıb.

 

Yarımfinalın digər görüşündə “Neftçi” və “Sərhədçi” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 19:30-da start götürəcək.

 

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü aprelin 20-də, saat 15:00-da reallaşacaq.

Gununsesi.info