Baydenin oğlu rumıniyalı iş adamından milyonlarla dollar alıb

Amerika prezidentinin oğlu Hunter Bayden atası Co Baydenin vitse-prezident işlədiyi dövrdə ABŞ hökumətinə təsir göstərmək üçün rumıniyalı biznesmendən milyonlarla dollar alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti prokurorluğun məhkəmə sənədlərinə istinadən yazır.

Sənədlərdə deyilir ki, Amerika liderinin oğlu lobbiçi, məsləhətçi və hüquqşünas kimi xarici şirkətlərdən və ştatlardan xeyli gəlir əldə edib.

Prokurorluğun aydınlaşdırdığı kimi, Bayden vətənində cinayət təqibi altında olan rumıniyalı iş adamı Qabriel Popoviç üçün işləyib və “ona qarşı irəli sürülən rüşvət ittihamlarına etiraz etmək” istəyib.

 

 

 

İlhamə

Gununsesi.info