Beyrut limanındakı partlayışda ölənlərin sayı 190-a yüksəldi

  • By admin
  • 30 Avqust 2020 14:26

Livanın paytaxtı Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 190-a çatıb, 6 min 500 adamdan çox insan yaralanıb.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Livan hökumətinin həftəlik hesabatında qeyd olunub.

Bildirilir ki, hadisə nəticəsində 3 nəfər itkin düşüb.

Fəlakət nəticəsində 300 min insan evsiz qalıb.

Bundan əvvəl Beyrut limanında baş verən partlayış nəticəsində 171 nəfərin öldüyü bildirilmişdi.

 

 

Gununsesi.info