Britaniyada aşkar edilən koronavirusun yeni variantı Kaliforniyada da üzə çıxıb

  • By admin
  • 02 Yanvar 2021 10:37

Koronavirusun Britaniyada üzə çıxan yoluxuculuğu yüksək olan yeni variantı artıq xəstəxanların COVID-19 pasientləri ilə dolu olan Kaliforniya ştatında da üzə çıxıb.

 

Bundan öncə bu yeni variant ABŞ-da ilk dəfə Koloradoda bir kişidə aşkar olunmuşdu.

 

Kaliforniyanın qubernatoru Qavin Nyusom çərşənbə günü Amerikanın yoluxucu xəstəliklər üzrə baş eksperti Dr. Antoni Fauçi ilə onlayn müzakirə zamanı narahatedici bir açıqlama edib. “Bizə Birləşmiş Krallıqda, dünyanın başqa hissələrində və dünən Koloradoda üzə çıxan yeni variantın, yeni növün Kaliforniya ştatında bir nəfərdə aşkar edildiyinə dair məlumat çatdırılıb, ” Nyusom deyib. Bu xəbər Fauçini təəcübləndirməyib: “Fikrimcə kaliforniyalılar bunun qəribə bir hadisə olduğunu düşünməməlidirlər.

 

Bu gözlənilən bir hal idi,” o deyib. Kaliforniyada virusun yeni variantı ştatda pandemiya böhranı və ölüm halları artdığı zaman üzə çıxıb. Xəstəxanlar çox sayda ağır xəstələri müalicə etməyə çalışır və ştatda yoluxma halları növbəti həftələrdə arta bilər. Fauçi virusun yeni növü ilə bağlı məlumatlar paylaşıb. “Bu virus hücrələrə daha yaxşı yapışa bilir və ona görə də daha çox yoluxur. Bunun xəstəliyin ciddiliyini artırdığına dair işarə yoxdur.

 

Ciddiliyi deyəndə mən xəstəliyin sizin vəziyyətinizi ağırlaşdırmaq və ya öldürmək ehtimalını nəzərdə tuturam. Bu mənada virus daha ciddi deyil. Bundan əlavə, belə görünür ki, vaksinlərin yaratdığı antitellər bu növə qarşı da təsirlidir,” Fauçi qeyd edib. Bundan bir gün öncə virus ilk olaraq Koloradoda kənd ərazisində yaşayan 20 yaşlarında bir kişidə üzə çıxmışdı. Səhiyyə rəsmiləri orada ikinci nəfərin də virusa yoluxduğundan şübhələnir.

 

Onların hər ikisi Koloradonun Simla şəhərində Good Samaritan Society qocalar evindəki işçilərə dəstək üçün göndərilən Kolorado Milli Qvardiyasının üzvləridir. Onların heç biri xəstəliyə yoluxmadan öncəki həftələrdə xaricə səfər etməyiblər,” Kolorado ştatının epidemioloqu Dr. Reyçel Herlihi bildirib.

 

Kolorado rəsmiləri deyir ki, virusun yeni növünə yoluxan xəstə “yüngül simptomlar” sərgiləyir və hazırda təcrdiddədir. Bu arada isə ABŞ-da COVID-19-a yoluxma halları 19.7 milyonu keçib, virus səbəbilə isə 343 000-dən çox insan həyatını itirib.

 

Gununsesi.info