Bu foto qalibin kim olduğunu göstərir – Ermənilər təşvişdə

Bu gün Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş keçirilir. Görüş Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə təşkil olunub.

Gununsesi.info  xəbər verir ki, liderlərin görüşdən əvvəl lentə alınan fotosu sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub.

Erməni istifadəçilər Baş nazir Nikol Paşinyanın Azərbaycan lideri qarşısında aciz durumda olduğunu bildiriblər. Onlar, həmçinin bugünkü görüşdə Paşinyanın yeni ərazilər verəcəyi barədə iddialar irəli sürüblər.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan artıq Paşinyanın məğlub olduğunu söyləyib:

“Brüsseldə başlayan üçtərəfli görüşün açılış fotoseriyası bir daha qalibin kim olduğunu göstərir. Yenə deyirəm, məğlubiyyətin səbəbkarı və simvolu olan varlığın danışıqları davam etdirməyə haqqı yoxdur. Artıq fotolardan hər şey aydındır. Bədən dili bu barədə hər şeyi deyir. Axşam növbəti məğlubiyyət mesajını gözləyək”.

Erməniləri təşvişəs alan fotonu təqdim edirik:

Gununsesi.info