Qvineyada keçid hökumətinin lideri olan prezident Mamadi Doumbouya hökuməti buraxıb.
Gununsesi.info xəbər verir ki, prezidentin katibi Amara Camaranın dövlət televiziyasında oxuduğu bəyanatda baş nazir Bernard Qumunun rəhbərlik etdiyi hökumətin prezidentin fərmanı ilə buraxıldığı açıqlanıb.
Hökumətin işinə xitam verilməsinin səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.
Polkovnik-leytenant Doumbouya 5 sentyabr 2021-ci ildə prezident Alpha Condeni devirərək hakimiyyəti ələ keçirib.
Gununsesi.info