Bu ölkədə tıxacların uzunluğu 1053 kilometri keçdi

  • By admin
  • 17 İyul 2021 22:01

Yay tətilinin başlaması ilə Fransa daxilində tıxacların uzunluğu 1053 kilometri ötüb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Bison Fute dövlət yol hərəkəti saytı məlumat yayıb. Bildirilib ki, ölkədə iyulun 17-də saat 12:05 radələrində 1053 kilometr tıxac qeydə alınıb. Halbuki ötən şənbə günortadan sonra tıxacların uzunluğu 1166 kilometr olub. Ölkə ərazisində gediş qırmızı, dönüş isə narıncı rənglə təsnif edilib. Marsel istiqamətində 178.3 kilometr, Böyük Şərq istiqamətində isə 136.5 kilometr tıxac qeydə alınıb.

“Bison Fute” saytının məlumatına əsasən ölkənin bəzi yollarında tıxacların 10 saatdan 16 saata qədər, digərlərində isə 9 saatdan 16 saata qədər davam edəcəyi ehtimal olunur.