Bu ölkələrdə maska rejimi yenidən tətbiq edilir

  • By admin
  • 08 İyul 2022 21:14

Dünyada koronavirus infeksiyasına yoluxma halları üçüncü həftədir ki, artır.

Gununsesi.info-nun  məlumatına görə, ÜST-ün məlumatına görə, dünyanın azı 110 ölkəsində bu tendensiya müşahidə edilir.

Yoluxmanın artması fonunda bir sıra ölkələrin səlahiyyətliləri maska ​​rejimi də daxil olmaqla məhdudiyyətləri geri qaytarır.

Kipr Respublikasında mayın 31-də ləğv edilən ictimai yerlərdə məcburi maska ​ rejimi iyulun 8-dən bərpa olunur.

Eyni qərarı Qətər hakimiyyəti də verib. Əmirlikdə yeni infeksiyaların sayı gündə təxminən 700 nəfərdir ki, bu da iyunun əvvəli ilə müqayisədə iki dəfə çoxdur.

Pakistanda da vəziyyət təxminən eynidir – iyunun əvvəlində orada gündə 100-dən az hadisə aşkarlanıb, indi 800-ə yaxın yoluxma var. İyunun 28-dən etibarən ölkədaxili reyslərdə olan sərnişinlərdən yenidən maska ​​taxmaq tələb olunacaq.

Gununsesi.info