Vilayət Eyvazov əmr imzaladı

  • By admin
  • 08 İyul 2022 21:04

Daxili işlər orqanlarında kadr dəyişikliyi baş tutub.

Gununsesi.info xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinə yeni rəis təyin olunub.

Belə ki, polis polkovnik-leytenantı Mehdixanov Ramin Rəfayil oğlu Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsindən azad olunaraq həmin idarənin rəisi vəzifəsinə təyin olunub.

Gununsesi.info