Bu ölkənin nazirlərinin Bakıda üçtərəfli görüşü keçiriləcək

  • By admin
  • 26 İyun 2022 11:33

Sabah Bakıda Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş üç ölkəni maraqlandıran məsələlərdə mövcud koordinasiyanı gücləndirmək və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıyır.

Bu çərçivədə görüşdə üçtərəfli və regional əməkdaşlığın müzakirə ediləcəyi nəzərdə tutulur.

Gununsesi.info