Bütün pensiya və müavinətlər bayramdan əvvəl ödənilib

  • By admin
  • 17 İyul 2021 12:33

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu iyul ayı üzrə bütün pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişini Qurban bayramı ilə əlaqədar vaxtından əvvəl təmin edib.

Bu barədə Fonddan Gunusesi.info-ya verilən məlumatda bildirilib.

Qeyd olunub ki, iyul ayının 8-15-i arasında ölkə üzrə bütün pensiyalar, son günlərdə isə digər sosial ödənişlər vətəndaşların hesabına köçürülüb.

Beləliklə, iyul ayının pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımları qrafikdən əvvəl – bayrama qədərki günlərdə ödənilib.