Cənubi Sudanda təyyarə qəzası, ölənlər var…

  • By admin
  • 03 Mart 2021 19:12

Cənubi Sudanda təyyarə qəzası baş verib.

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, Conqli əyalətinin Uror şəhərindəki hava limanından qalxan kiçik təyyarə yerə çırpılıb  və ikisi pilot olmaqla, təyyarədəki 10 nəfərin hamısı həyatını itirib.

Bildirilib ki, təyyarə iş adamlarına kirayə verilirmiş. Qəzanın səbəbi hələlik müəyyənləşdirilməyib.