“Çelsi” İtaliya klubu ilə qapıçısını dəyişdirmək istəyir

  • By admin
  • 29 Avqust 2020 17:58

İngiltərənin “Çelsi” klubu qapıçısı Kepa Arrisabalaqa ilə İtaliya “Milan”nın qolkiperi Canluici Donnarummanı dəyişdirmək niyyətindədir. 

Gununsesi.info “Football Insider”ə istinadən xəbər verir ki, London təmsilçisi artıq qarşı tərəflə danışıqlara start verib. “Zadəganlar” 26 yaşlı oyunçu üçün əlavə məbləğin ödənilməsini də istəyir.

Qeyd edək ki, Canluici Donnarummanın “Milan”la müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Kepa Arrisabalaqa 2018-ci ilin yayında İspaniya “Atletik”indən “Çelsi”yə 80 milyon avro qarşılığında transfer olub. Onun sözləşməsi 2025-ci ildə bitir. İspaniyalı qapıçı London klubunda əsas heyətdəki yerini itirib.

 

 

Gununsesi.info