Cəmiyyətin nifrətini qazanmış bir adamın tez-tez “dövlət” deməsi o dövlətə etimadsızlıqdan başqa nə qazandıra bilər? - Kəramət Böyükçöl yazır

  • By admin
  • 25 Fevral 2026 09:37

Tolik iki dəqiqədən bir “dövlət”, “dövlət” deyir. “Dövlətə güvənirəm”, “dövlətə inanıram”, “gör, dövlət neyləyəcək”.  Dayan, dövlətə zəng edim, gəlirəm”. 

Gununsesi.info-nun xəbərinə görə, bu fikirləri yazıçı Kəramət Böyükçöl sosial şəbəkə hesabında yazıb.

O hesab edir ki, ümumiyyətlə, harda dələduz adamlar var, hamısı dövlətə güvəndiyini deyir:

“Kimin günahı nə qədər çoxdursa, dövlət sözünü o qədər çox işlədir. Dövlətimin yanındayam. Allah dövlətimi qorusun.

Cəmiyyətin bu qədər nifrətini qazanmış bir adamın iki dəqiqədən bir “dövlət” deməsi o dövlətə etimadsızlıqdan başqa nə qazandıra bilər? O qədər şey var ağıza almağa, gərək dövlət sözünü ala ağzına?

Mənim qorxa-qorxa yaşadığım ölkədə Toliki bu qədər arxayın və rahat görəndə həyata daha da nifrət edirəm”.

Günay Mahirqızı

Gununsesi.info