Danimarka bu ölkədə səfirliyini bağlayır

Danimarka İraqdakı səfirliyini tezliklə bağlayacaq.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Danimarka hərbi qüvvələrinin və NATO İraq Missiyasından (NMI) çıxarılmasından sonra hökumət Bağdaddakı səfirliyini bağlamaq qərarına gəlib.

 

Səfirlik Danimarkanın komandanlığını və NATO-nun İraqdakı Missiyasına (NMI) töhfəsini dəstəkləmək üçün 2020-ci ildə rəsmi olaraq açılıb.

 

Danimarkanın hərbi qüvvələrinin əksəriyyətinin geri çəkilməsi ilə paytaxt Bağdaddakı səfirliyin missiyası tamamlanıb. Bu səbəbdən Danimarka hökuməti 31 may 2024-cü il tarixindən etibarən səfirliyi bağlamaq qərarına gəlib.

 

 

 

Gununsesi.info