Dubayda COVID-19 səbəbi ilə tətbiq olunan bütün məhdudiyyətlər uzadılıb

  • By admin
  • 03 Mart 2021 20:07
Dubayın Böhran və Fəlakətlərin İdarə Edilməsi üzrə Ali Komitəsi pandemiya ilə əlaqədar tətbiq olunan və fevralın 2-dən qüvvədə olan hotellərin, ticarət və iaşə obyektlərinin fəaliyyətinə qoyulmuş məhdudiyyətləri daha bir ay yarım müddətinə uzadıb.
Bu barədə “RİA Novosti” məlumat verib.
Qadağaların Ramazan ayının əvvəlinə – aprelin ortalarına qədər davam edəcəyi ehtimal olunur.
Başlanğıcda gücləndirilmiş tədbirlər fevralın 26-dək nəzərdə tutulsa da, onların təsirlərinin müsbət olduğuna qərar verilib və müddəti uzadılıb.
Beləliklə, aprelin ortalarına qədər Dubaydakı kinoteatrlar, əyləncə və idman obyektləri yenə maksimum 50 %-lik yüklənmə və gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə fəaliyyət göstərməyə davam edəcək. Ticarət mərkəzlərinə buraxılan ziyarətçi sayı, eləcə də hotellərdə, hovuzlarda və hotellərdəki özəl çimərliklərdə qonaq sayı obyektlərin tutumunun 70 %-i ilə məhdudlaşacaq.
Restoran və kafelər gecə saat 1-ə qədər bağlanmalıdır, pab və barlar yenə açılmayacaq. Həmçinin mövcud protokollara, o cümlədən fiziki məsafə saxlama və tibbi maskalar taxmağa ciddi riayət olunmasını təmin edən təftiş kampaniyaları davam edəcək.
Gununsesi.info