“Dünyada nüvə silahından istifadə riski ən yüksək həddə çatıb” - SIPRI

  • By admin
  • 13 İyun 2022 13:25

“Bu gün dünyada nüvə silahından istifadə edilməsi riski Soyuq müharibə dövründən ən yüksək səviyyəyə çatıb”.

Gununsesi.info  xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında yer alıb.

Hesabatda qeyd olunur ki, ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Çin, Hindistan, Pakistan, eləcə də İsrail və Şimali Koreya öz arsenallarının modernləşdirilməsini həyata keçirməyə davam edirlər.

Həmçinin proqnozlara əsasən, növbəti 10 ildə dünyada nüvə silahı ehtiyatları artacaq.

Gununsesi.info