Dünyanın ən titullu klublarının siyahısı açıqlanıb

  • By admin
  • 07 Avqust 2020 14:32

Dünyanın ən titullu klublarının siyahısı bəlli olub.

Gununsesi.info-nun məlumatına görə, cədvələ qatıldığı mötəbər yarışlarda ən çox qalib adına yiyələnən 15 klub daxil edilib.

Siyahıya Şotlandiya klubları başçılıq edir. 54 dəfə ölkə çempionu olan “Reyncers”in ümumilikdə 115 titulu var. Qlazqonun digər nəhəngi “Seltik”in uğurlarının sayı 110-a bərabərdir. Misir təmsilçisi “Əl-Əhli” də “100”ü arxada qoyub.

1. “Reyncers” (Şotlandiya) – 115
2. “Seltik” (Şotlandiya) – 110
3. “Əl-Əhli” (Misir) – 107
4. “Real” (İspaniya) – 90
5. “Barselona” (İspaniya) – 89
6. “Benfika” (Portuqaliya) – 83
7. “Əl-Faysal” (İordaniya) – 80
8. “Porto” (Portuqaliya) – 78
9. “Olimpiakos” (Yunanıstan) – 76
10. “Bavariya” (Almaniya) – 74
11. “Yuventus” (İtaliya) – 67
12. “Mançester Yunayted (İngiltərə) – 66
13-14. “Ayaks” (Niderland) – 64
“Anderlext” (Belçika) – 64
15. “Liverpul” – 63

 

 

Gununsesi.info