Eldar Həsənov əsa ilə gəzir - HƏBSDƏKİ SƏFİRİN SƏHHƏTİ KƏSKİN PİSLƏŞİB

  • By admin
  • 22 İyun 2022 09:16

Səhhətində bir sıra ciddi problemlər olan həbsdəki səfir Eldar Həsənovun vəziyyəti pisləşib.

Bu barədə Gununsesi.info-ya sabiq səfirin vəkilləri deyib.

Onların sözlərinə görə, Eldar Həsənov yaxın günlərdə əməliyyat olunmalıdır: “Hazırda ayaqları şişib, yeriyə bilmir. Əsa ilə hərəkət edir. Onun səhhəti həbsdə qalmasına imkan vermir”.

Qeyd edək ki, Eldar Həsənov “XİN İşi” çərçivəsində Bakı AĞır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Onunla bərabər məsuliyyətə cəlb olunan XİN-nin digər yüksək vəzifəli şəxsləri sərbəst buraxılsa da Eldar Həsənov prosesual hüquqlarının pozuntusu ilə keçirilən məhkəmənin hökmü ilə ən ağır cəzaya məhkum edilib.

O, ittihamları qəbul etmir, həbsini sifarişli sayır.

Günay Təhməzova

Gununsesi.info