Əməkdar jurnalist vəfat etdi - FOTO

  • Müəllif: Firuzə
  • 20 Yanvar 2026 21:53

Əməkdar jurnalist, şair Qərib Mehdi 90 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya teatrşünas Anar Bürcəliyev məlumat verib.

O, bildirib ki, şair iki gün əvvəl səhhətində yaranmış ani problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.

Qərib Mehdi sabah Gəncədə “İmamzadə” qəbiristanlığında dəfn ediləcək.

Gununsesi.info