Ərdoğanın ailəsini təhqir edən daha bir şəxs həbs olundu

  • By Günel
  • 25 Mart 2025 23:28

İstanbulda icazəsiz nümayişlər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun ailə üzvlərinin ünvanına təhqiramiz şüarlar səsləndirən, bunu sosial şəbəkədə paylaşan B.G.Y adlı şübhəli ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi tərəfindən saxlanılan şəxs polis bölməsində ifadəsi alındıqdan sonra sonra ədliyyəyə göndərilib.

Məhkəmənin qərarı ilə şübhəli “Prezidenti təhqir etmək” maddəsi ilə həbs edilərək təcridxanaya göndərilib.

Gununsesi.info