“Ermənistan bu vəziyyətin nəticələri ilə üz-üzə qalacaq” - Ərdoğan

  • By admin
  • 14 Sentyabr 2022 19:53

“Hər zaman Azərbaycanın yanındayıq. Ermənistanın etdikləri qəbuledilməzdir”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri Ermənistanla Azərbaycanın qələbəsi ilə nəticələnən müharibədən sonra bu vəziyyəti qəbuledilməz hesab etdiyini bildirib.

“Bütün dünya bilməlidir ki, biz azərbaycanlı qardaşlarımızın yanındayıq. Təcavüzkar mövqeyini davam etdirən Ermənistan bu vəziyyətin nəticələri ilə üz-üzə qalacaq. Bir daha Azərbaycan şəhidlərimizə rəhmət diləyirəm. Başda qardaşım İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına başsağlığı verirəm”, – Ərdoğan əlavə edib.

Gununsesi.info