Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan TASS agentliyinə bildirib ki, İran qazını Rusiya qazına alternativ hesab etmir.
Gununsesi.info -nun xəbərinə görə, o, həmçinin aydınlaşdırıb ki, ötən həftə İrana səfəri zamanı İslam Respublikasının əlavə elektrik enerjisinə, Ermənistanın isə təbii qaza ehtiyacı olduğu qeyd edilib.
Bu baxımdan, o, ölkələrin “Elektrik üçün qaz” layihəsini uğurla həyata keçirdiyini xatırladıb.
Nazir qeyd edib ki, 400 kVt-lıq elektrik ötürücü xəttinin tikintisindən sonra Ermənistan İrana elektrik enerjisi tədarükünü artıra biləcək və İran da öz növbəsində respublikaya daha çox qaz tədarük edə biləcək.
Maqsud












