Quzey Kıbrısda Rusiya səfirliyinin konsulluq şöbəsinin açılması 50 min rus üçün mühüm addım oldu.
Gununsesi.info xəbər verir ki, bunu TASS-a Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar deyib.
Ersin Tatar bildirib ki, konsulluğun olması onlara pasportların qeydiyyatı və ya yenilənməsi və s. ilə bağlı problemlərini həll etməyə imkan verir.
“Hesab edirəm ki, Rusiya hökuməti burada konsulluq açarkən düzgün qərar verib”, – deyə Tatar qeyd edib.
Avqust ayında Rusiyanın Quzey Kıbrısdakı səfirliyi adanın şimal hissəsində konsulluq xidmətləri göstərməyə başlayıb. İş müntəzəm olaraq həyata keçirilir.
Gununsesi.info