“Fənərbağça” Mert Hakan Yandaş ilə 4 illik müqavilə bağladı

  • By admin
  • 06 Avqust 2020 16:07

Türkiyənin “Fənərbağça” komandası heyətinə yeni futbolçu qatıb.

Gununsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Sivasspor”dan ayrılan Mert Hakan Yandaşı transfer edib.

26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Fənərbağça” dünən “Alanyaspor” ilə müqaviləsi başa çatan baş məşqçi Erol Bulutun komandanın sükanı arxasına gətirildiyini açıqlayıb.

 

 

Gununsesi.info