Finlandiya Rusiyaya qarşı sanksiyaların pozulmasını araşdırmağa başladı

  • By admin
  • 25 Oktyabr 2023 12:00

2022-ci ilin fevral ayından Finlandiya Gömrük İdarəsi Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının pozulması ilə bağlı 660-dan çox ilkin araşdırmaya başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Yle portalı məlumat yayıb.

Bu saydan 60-dan çoxu sanksiya qaydalarının kobud şəkildə pozulması kimi araşdırılır.

Ümumilikdə, Rusiyaya qarşı tədbirlərə uyğunluğun yoxlanılması zamanı, daşınması qaydalarla qadağan oluna bilən 27 mindən çox mal göndərilməsi müəyyən edilib.

Son bir neçə ayda gömrük müxtəlif yüksək texnologiyalı məhsulların, eləcə də avtomobillərin və dronların Rusiyaya ixracı cəhdlərini dayandırıb.

Gömrük direktoru Sami Rakşit bildirib ki, ölkənin şərq sərhədində aparılan “bütün yoxlamalar sanksiyalarla bağlıdır”.

Müharibədən əvvəl gömrük işçiləri ildə bir neçə halda ilkin araşdırmalara başlayırdılar.

Xatırladaq ki, sentyabr ayında Finlandiyada Şərqi Uusimaa məhkəməsi sanksiya qaydalarını ağırlaşdıran hallarla pozmaqda şübhəli bilinən iş adamı Qabriel Temini həbs edib.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi, hərbi-sənaye kompleksinə qarşı elan edilən son sanksiyalar paketinin bir hissəsi olaraq, Rusiyaya texnologiya idxalında kömək edən xarici şirkətlərə də məhdudiyyətlər tətbiq edib.

Gununsesi.info