Finlandiya yenə Rusiya ilə bütün sərhəd keçid məntəqələrini bağlayır

Aprelin 15-dən Finlandiya Rusiya ilə sərhəddə yeni məhdudiyyətlər tətbiq edəcək.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Finlandiya hökuməti Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamaq qərarına gəlib.

 

Məlumatda Vaalimaa, Vartius, İmatra, Kuusamo, Niirala, Nuijamaa, Raia-Josepi və Salla keçid məntəqələri bu siyahıya daxildir. Nuijamaa vasitəsilə Saimaa kanalında nəqliyyatın hərəkəti əyləncə gəmiləri üçün dayandırılacaq.

 

Eyni zamanda departament xəbərdarlıq edib ki, Haapasaari və Santio dəniz keçid məntəqələri də tezliklə bağlanacaq.

Bu barədə bir müddət öncə Finlandiyanın Daxili İşlər Nazirliyi məlumat yaymışdır. Onlar bunun dəniz yolu ilə qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün gərəkli olduğunu bildirib.

 

Qeyd edək ki, Finlandiyanın prezidenti Aleksandr Stubb Rusiyanın Ukraynada müharibəni dayandırmayana qədər ölkənin Rusiya ilə münasibətlərinin pozulacağını  bildirmişdir.

 

 

 

Şəbnəm

Gununsesi.info