Fransa Putinin keçmiş həyat yoldaşının villasını müsadirə edir

Fransa hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmilanın əri, sahibkar Artur Oçeretniyə məxsus  “Suzanne” (digər adı Rêverie) villasını müsadirə edib.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 0,5 hektarlıq parkı, hovuzu və qolf meydançası olan 450 m²-lik “Art Deco” malikanəsi Anqletdə Biskay körfəzinin sahilində yerləşir. Onun təxmini dəyəri 5,4 milyon avrodur.

 

Bildirilir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra tərk edilən villa ötən il dekabrın 6-da ələ keçirilib.

 

Hadisə korrupsiyaya qarşı mübarizə aparan  “Transparency International”-ın onun alınması üçün vəsaitin mənşəyinin yoxlanılmasını tələb edən şikayətindən sonra baş verib.

 

İstintaq Paris prokurorluğu mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi tərəfindən aparılıb.

 

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Korrupsiya Araşdırmaları Mərkəzi (OCCRP) ilk dəfə olaraq Lyudmila Putinanın yeni ərinin adına rəsmiləşdirilən villasından danışıb.

Mərkəz alış-verişin 2013-cü ildə Lyudmila Putinanın prezidentdən boşandıqdan sonra baş verdiyini öyrənib.

 

Başqa bir məlumatda isə soyadını Oçeretnaya dəyişən Lyudmilanın kiçik qızı Katerina bir neçə mühafizəçi ilə birgə  evə baxmağa gəldiyi deyilir.

 

Eyni zamanda “Suzanna” villasının yanında Katerina Tixonovanın indiki keçmiş əri Kirill Şamalova qeydiyyatdan keçmiş “Altamira” villası da yerləşir.

 

Qeyd edək ki, müharibə zamanı Putinin keçmiş arvadı CarMoney mikromaliyyə təşkilatı sayəsində bir milyard rubl qazanıb.

 

 

 

Şəbnəm

Gununsesi.info