Füzuli məktəbinin şagirdi 300 bal topladı

Buraxılış imtahanında ən yüksək bal toplayan məktəblilərdən biri də Füzuli rayonu Zobucuq qəsəbəsi 33 nömrəli tam orta məktəbin şagirdi olub.

 

Gununsesi.info xəbər verir ki, bu il buraxılış imtahanlarında Füzuli rayonu üzrə 64 şagird 200-300 arasında bal toplayıb.

 

Zobucuq qəsəbəsi 33 nömrəli tam orta məktəbin şagirdi Əlizadə Sevinc Fuad qızı isə buraxılış imtahanında 300 bal toplamaqla, ən yüksək nəticə göstərib.