Güclü külək nəticəsində Bakıda 61 ağac sınıb - FOTOLAR

  • Müəllif: Orxan
  • 30 May 2026 11:55

Dünəndən əsən güclü külək nəticəsində 41 ağac sınıb, 64 ağacın budaqları qopub.

Bu barədə Gununsesi.info-ya Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsindən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar gecə ərzində birliyin briqadaları sınan ağacların götürülməsi və ərazilərin təmizlənməsi ilə məşğul olublar.

Hazırda işlər davam edir.