Həvəskar snoubordçular arasında Heydər Əliyev Kuboku keçirilib

  • By ilhame
  • 18 Fevral 2024 14:01

Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Heydər Əliyev Kuboku çərçivəsində uşaqlar və böyüklərdən ibarət həvəskar snoubordçular arasında yarış təşkil edilib.

 

Gununsesi.info-ya Federasiyadan verilən məlumata görə, turnirin keçirilməsinin əsas məqsədi ölkədə snoubord idman növünü təbliğ etmək və insanlar arasında buna marağı artırmaqdır.

 

Tədbirdə öncədən qeydiyyatdan keçən 5 müxtəlif yaş kateqoriyası üzrə 50-ə yaxın həvəskar idmançı birincilik uğrunda mübarizə aparıb.

 

Yarışın nəticələri:

 

9-12 yaş qızlar arasında:

 

I – Leah McKennel (Almaniya)

 

9-12 yaş oğlanlar arasında:

 

I – Kamal Bəşirli (Azərbaycan)

 

II – Rüstəm rüstəmli (Azərbaycan)

 

13-17 yaş oğlanlar arasında:

 

I – Osimi Van meir Joah ( Belçika)

 

II – Teoman Taysi (Türkiyə)

 

18-25 yaş qadınlar arasında:

 

I – Günay Cavanşir (Azərbaycan)

 

II – Daria Malaxova (Rusiya Federasiyası)

 

18-25 yaş kişilər arasında:

 

I – Krems Philipp (Almaniya)

 

II – Rasim Rızayev (Azərbaycan)

 

26-45 yaş qadınlar arasında:

 

I – Yekaterina Basheva (Rusiya Federasiyası)

 

II – Alla Kostina (Rusiya Federasiyası)

 

III – Fidan Axundova (Azərbaycan)

 

26-45 yaş kişilər arasında:

 

I – Şamil Jıqlov (Rusiya Federasiyası)

 

II – İltis Daniel (Çex Respublikası)

 

III – Seymur Qurbanov (Azərbaycan)

 

46+ yaş kişilər arasında:

 

I – Tomoyuki Okada (Yaponiya)

 

II – Azad Kabıyev (Azərbaycan)

 

Yarışın sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunub, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

 

Qeyd edək ki, Heydər Əliyev Kuboku fevralın 27-də uşaqlar arasında xizək yarışı üzrə davam etdiriləcək.

Gununsesi.info